Nigeriya hökuməti ölkənin kino sənayesində siqaret çəkməyi və ictimai dəyərlərə uyğun gəlməyən hərəkətləri məhdudlaşdıran yeni qadağa elan edib.
Yenisabah.az xəbər verir ki, Nigeriya Milli Film və Video Senzura Şurasının baş direktoru Şaibu Hüseyni Enuqu əyalətində keçirilən "Tüstüsüz Nollywood" tədbirinə qatılıb və mühüm açıqlamalar verib.
Hüseyni ölkədə kino sənayesində siqaretdən istifadənin artması ilə bağlı valideynləri həssas olmağa və bu istiqamətdə addımlar atmağa çağırıb. Dominos pizza
Nigeriya hökumətinin Nollywood film sənayesində film, eskiz və kliplərdə siqaret istifadəsini qadağan etdiyini izah edən Hüseyni, ictimai dəyərlərə uyğun gəlməyən şiddət səhnələri və davranışların da qadağan ediləcəyini bildirib.
Qeyd edək ki, Nigeriyada siqaret çəkmək vərdişi ümumiyyətlə cəmiyyətdə arzuolunmaz davranış kimi qəbul edilir.
Telegram kanalımız