Finlandiya parlamenti sərhəd mühafizəsi haqqında qanuna və fövqəladə hallar zamanı hakimiyyət orqanlarının səlahiyyətləri haqqında qanuna dəyişiklikləri təsdiqləyib.
Yenisabah.az xəbər verir ki, əlavələr fövqəladə hallar zamanı sərhəddən keçidi məhdudlaşdırmaq üçün daha geniş imkanları nəzərdə tutur.
Parlamentarilərin sözlərinə görə, qanun Rusiyanın sərhədlərə yaxın çoxlu sayda sığınacaq axtaranları təşkil edərək Finlandiyaya hibrid təsir göstərməyə cəhd edə biləcəyi qorxusunun artması səbəbindən yenilənir. Toyuqlu pizza
"Yeni qanun Belarusun Polşa və Litva ilə sərhədlərində baş verdiyi kimi, insanların Finlandiyaya qarşı alət kimi istifadəsinin Finlandiyada uğur qazanmayacağına dair siqnal göndərir", - deputat Ben Jiskoviç dinləmələrdə deyib.
Qanuna verilən izahatda deyilir ki, Rusiya sığınacaq axtaran şəxslərdən təsir vasitəsi kimi istifadə edərsə, sığınacaq üçün müraciətlərin qəbulu və baxılması şərq sərhədindən ölkənin daxili bölgələrinə köçürülə bilər.
Telegram kanalımız