Flora Kərimovanın vəkili  ittihamlara cavab verdi

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovanın vəkili  ittihamlara cavab verdi

Şou

09 Avqust 2022 15:48 1464


“Dünən məhkəmə prosesləri baş tutdu. Hər iki şəxsin şikayətlərinə ayrı-ayrılıqda baxıldı. Flora Kərimova haqqında edilən xüsusi ittiham qaydasında şikayət Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığına görə işin icraata qəbul olunmasından imtina olunub”.

Bu sözləri Yenisabah.az-a Flora Kərimovanın vəkili Xavər İsmayılova bildirib.

Vəkil əlavə edib: “Flora Kərimovanın hər dəfə Binəqədi Rayonu Məhkəməsinə müraciətinə gəldikdə isə bu məhkəməyə Flora xanımın  Ülviyyə Alovlu, bir də Afət Fərmanqızı haqqında şikayəti olmaqla 2 iddia ərizəsi var. pizza

Ülviyyə Alovlu barədəki məhkəmə işinə qarışa bilmərəm. Çünki bu işə mən çıxmıram. Amma Afət Fərmanqızı Binəqədi rayonunda yaşayırdı. Onun orada qeydiyyatı var idi və sosial şəbəkə səhifələri bu ərazidən idarə olunurdu. Buna görə də Binəqədi Rayonu Məhkəməsinə müraciət etdik.

Sonradan, işin gedişatında o, qeydiyyat ünvanını dəyişdi. Qeydiyyat ünvanını dəyişməsi heç nəyə dəlalət etmirdi. Yəni iş artıq icraata qəbul olunmuşdu. Buna görə məhkəmə qaydalarına tam əməl olunmuş sayılır. Burada hansısa pozuntu yoxdur. Buna  da heç kim heç nə deyə bilməz. Bu, onun şəxsi işidir”.

İmamət İSMAYILOVA  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!