Fransa aviaşirkəti olimpiadaya görə 180 milyon avro itirdi 

saytların hazırlanması

Evə çatdırılma

Fransa aviaşirkəti olimpiadaya görə 180 milyon avro itirdi 

Dünya

02 İyul 2024 17:42 531


“Air France” aviaşirkətinin sahibi “Air France-KLM” holdinqi 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı proqnozlaşdırılan itkilərini 160-180 milyon avro səviyyəsində qiymətləndirib. 

Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb. 

Bildirilib ki, vəziyyətin belə olmasına səbəb “Transavia France” və “Air France” aviaşirkətlərinə Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı təzyiq faktoru olub.  Sezar pizza

Qeyd olunub ki, Parisə və Parisdən gələn sərnişin axını digər Avropa şəhərlərindən geri qalır. Holdinq Olimpiya Oyunları başa çatdıqdan sonra səyahətə tələbatın normallaşacağını gözləyir. 

Xatırladaq ki, Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!