“Siyasi manefələri naminə erməni lobbisindən güc alan ölkə ATƏT-in Minsk Qrupundan kənarlaşdırılmalıdır”
“Dünya birliyinin Ermənistanı işğalçı dövlət qismində qəbul etdiyi bir vaxtda, təcavüzkar dövlətlə Azərbaycan arasındakı münaqişənin ağır və məsuliyyətli dönəmində problemin nizamlanması prosesinə birbaşa məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransanın tutduğu mövqe anlaşılan deyil”.
Bu barədə Yenisabah.az-a açıqlamasında millət vəkili Pərvin Kərimzadə bildirib. Pepperoni pizza
O qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr dövləti Fransanın proseslərdə tutduğu mövqe, verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyası tələblərinin kobudcasına pozulmasıdır. Deputatın fikrincə, Fransa prezidenti Emmanuel Makronun öz bəyanatları ilə işğalşılıq, təcavüzkarlıq siyasəti yürüdən, 1 milyondan artıq soydaşımızı dədə-baba yurdundan didərgin salan, mülki vətəndaşlarımızı qətlə yetirən ölkəyə dəstək verməsi olduqca təəssüf ediləcək məqamdır: “İşğalçının, haqsızın yanında dayanan Fransa Prezidenti Qarabağın yenidən “ələ keçirilməsini” qəbul etməyəcəyini deyir. Fransa kimi ölkənin başçısının hələ də Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağı işğalçı ermənilərin ərazisi kimi tanıması qəbuledilməzdir. Makronun dilindən belə sərsəm fikirlərin səslənməsi isə Fransa-Azərbaycan münasibətlərinə ciddi zərbədir”.
Millət vəkili deyib ki, vasitəçilik missiyasını üzərinə götürən bir ölkə münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə bilməz: “Məsuliyyətli missiyanı öz üzərinə götürən dövlət ən azı işğala məruz qalan dövləti işğalçıdan ayırmağı bacarmalı, münaqişənin həllində çalışmalıdır. Fransa isə nə edir? İşğalçı ölkənin yanında yer alır, hətta bəyənat verir. İşğalçıının yanında olan, ədaləti, haqqı görmək istəməyən ölkənin ATƏT-in Minsk qrupunun tərkibində olması da sual doğurur. ATƏT-in Minsk qrupunun tərkibi dəyişdirilməli, siyasi manefələri naminə erməni lobbisindən güc alan ölkə bu təşkilatdan kənarlaşdırılmalıdır”.
Telegram kanalımız