Fransa məktəblərində bu geyim qadağan edilir

saytların hazırlanması

Evə çatdırılma

Fransa məktəblərində bu geyim qadağan edilir

Dünya

28 Avqust 2023 09:46 575


Fransa hakimiyyəti məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və adi paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin yeni milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal məlumat verib.

"Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini təkcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - o, TF1 telekanalının efirində bildirib. pizza

Nazir söz verib ki, gələn həftə məktəb rəhbərləri ilə bu qadağanın necə həyata keçiriləcəyini müzakirə edəcək.

Xatırladaq ki, 2004-cü il martın 15-dən Fransanın təhsil müəssisələrində dini simvolları və ya dini inancları simvolizə edən geyimlər qadağan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!