Fransa parlamentinə Azərbaycanla bağlı qətnamə layihəsi təqdim olundu

saytların hazırlanması

Evə çatdırılma

Fransa parlamentinə Azərbaycanla bağlı qətnamə layihəsi təqdim olundu

Siyasət

12 Yanvar 2021 19:52 1046


Fransa Milli Assambleyasına “Sülhə və regional inkişafa kömək məqsədilə Fransanın Cənubi Qafqazda rolunun möhkəmlənməsinin vacibliyi“ adlı qətnamə layihəsi təqdim edilib.

Yenisabah.az xəbər verir ki, sənədin müəllifləri Fransa-Azərbaycan Dostluq Qrupunun üzvləri - deputatlar Jerom Lamber (Jerome Lambert), Jan - Lük Reytzer (Jean-Luc Reitzer), Andre Vilye (André Villiers), Mişel Vyale (Michel Vialay), Frederik Düma (Frederique Dumas) və Mjid El Gerabdır (Mjid El Guerrab).

Qətnamə layihəsində Fransa hökumətinə Cənubi Qafqazda sülhün qorunmasındakı rolu və bu məqsədlə Azərbaycanla yaxından əməkdaşlıq etməsi üçün tövsiyələr yer alıb. pizza mizza

Sənəddə Azərbaycanın Cənubi Qafqaz regionunda stabilliyin və inkişafın təmin olunmasındakı aparıcı roluna toxunulub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!