Fransa silahları Ermənistana heç gedib çıxmayacaq - Ekspert rəyi

saytların hazırlanması

Evə çatdırılma

Fransa silahları Ermənistana heç gedib çıxmayacaq - Ekspert rəyi

Dünya

19 İyul 2024 19:48 820


"Səbəbini istintaq araşdırsın, amma mən hesab edirəm ki, meymuna qumbara və ya avtomat vermək ölkənin idarəçiliyini “Vətəndaş müqaviləsi”nə verməklə eynidir. Mən heç bir fərq görmürəm".

Yenisabah.az xəbər verir ki, bunu hərbi ekspert Aayk Nahapetyan Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğramasının səbəbləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, müdafiə nazirinin orduya və hərbi işlərə, səhiyyə nazirinin səhiyyəyə heç bir aidiyyatı yoxdur, kadr siyasəti isə Paşinyana çox yaxın olan, qohum-tanış prinsipi ilə aparılır.  pizza sifarişi

Nahapetyan əmin olduğunu bildirib ki, orduda islahatlar barədə söhbətlər sadəcə tostdur. “İddialara görə, silah və sursat Hindistan və Fransadan gətirilməlidir. Fransa silahlarının Ermənistana çatacağına çox şübhə edirəm. Mənim proqnozlarıma görə, bu, Ukraynada bitəcək.

Bu qədər silahla bağlı müqavilə imzalayıblar, haradadırsa, dərc etsinlər. Desinlər ki, nə vaxt gətirilib, hansı bölmələr alıb, xarab olsa, bu silahları kim təmir etməlidir? Əgər bunlar silahdırsa, o zaman Ermənistana hansı çaplı, nə qədər çaplı sursat gəlib? Bu sualları müdafiə nazirinə verin, başa düşəcəksiniz ki, dediklərim boş yerə deyil. Güman edə bilərəm ki, bu silahların başqa alıcıları da var”, - deyə ekspert yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!