Fransa Xarici İşlər Nazirliyi "Hizbullah"ın İsrailə onlarla raket atmasından sonra Fransa vətəndaşlarına Livanı tez bir zamanda tərk etməyi tövsiyə edir.
Yenisabah.az xəbər verir ki, nazirliyin bəyanatında deyilir:
"Yaxın Şərqdə hərbi eskalasiya riski ilə əlaqədar olaraq, Fransa vətəndaşlarına Livana səfər etməmək tövsiyə olunur". Dominos pizza
Nazirlik Livandakı fransızları son dərəcə sayıq olmağa çağırıb.
Avqustun 2-də Fransa Xarici İşlər Nazirliyi fransızların İranda olma riskini xatırladıb və onların soydaşlarına bu ölkəni tez bir zamanda tərk etməyi tövsiyə edib.
Telegram kanalımız