Mövqe dəyişikliyi ilə bağlı heç bir açıqlamam yoxdur.
Yenisabah.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Fransanın Ermənistana silah və hərbi yardım göstərmək niyyətini açıqlaması ilə bağlı sualı cavablandırarkən bildirib.
O deyib: "Uzun müddət davam edən münaqişənin həlli üçün Ermənistan və Azərbaycan arasında dialoq lazımdır. İnanırıq ki, Ermənistan və Azərbaycan arasında dialoq Cənubi Qafqazda ləyaqətli və davamlı sülhə nail olmaq üçün inanılmaz dərəcədə mühüm olaraq qalır. Buna görə də dövlət katibi hər iki ölkənin tərəfdaşları ilə müzakirələri davam etdirərək şəxsən bu qədər iştirak edir”. Marqarita pizza
Telegram kanalımız