Bu gün gənc jurnalist Fuad Musazadənin həyatdan ayıran faciədən 1 il ötür. 19.09.2019-cu il tarixində gənc jurnalist keçirdiyi avtomobil qəzası nəticəsində dünyasını dəyişib.
Fuad 11.07.1988-cı il tarixində Bakı şəhərində anadan olub və orta təhsilini Bakı Türk Anaddolu liseyində alıb.
Əla qiymətlərlə oxuduğu 11 illik orta təhsildən sonra o, Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin bakalavr və ardınca isə eyni fakülənin magistir pilləsini qırmızı diplomla bitirib. Sezar pizza
Jurnalist olmaq arzusu 2011-ci ildə onu Azərbaycan İctimai Televiziya və Radio Yayımlar Şirkətinə gətirdi. İTV -nin Hüquq və beynəlxalq əlaqələr departamentdə koordinator işləmə başlayan Fuad qısa müddət ərzində öz istedadı ilə kollektivin rəgbətini qazanmağı başardı.
Ölkəmizdə keçirilən “Eurovision” mahnı yarışmasında öz fəallığı ilə seçilən Fuad sonrakı bir neçə illər ərzində bu yarışmada Azərbaycan nümayəndə heyətinin mətbuat katibi oldu. O, Evromediya, MQP-da hüquqşünas ve beynəlxalq əlaqələr üzrə mütəxəssis, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektor müdiri vəzifələrində işlədi və nəhayət son fəaliyyətini Azərbaycan Televiziyasında dəvam etdirdi.
31 illik şərəfli ömür yolunda dəyərli töhvələr verməyi bacaran, yaratdığı özünəməxsus müsbət obrazıyla yaddaşlara yazılan Fuadın xoş xatirəsi bu gün onu sevənlərin yeganə təsəllisidir.
“Yeni Sabah” həmkarımız Fuada rəhmət, anası Sədaqət xanıma Allahdan səbr diləyir.
Telegram kanalımız