Füzuli sakini “Kalaşnikov“la yaxalandı

Füzuli sakini “Kalaşnikov“la yaxalandı

Kriminal Saytların hazırlanması

23 Mart 2023 09:20 901


Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinində "Kalaşnikov" avtomatı aşkar edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla istinadla xəbər verir ki, şübhəli bilinən rayon sakini Füzuli Atakişiyevdir.

Ondan texniki cəhətdən işlək və atəşə tam yararlı "AK-74" markalı avtomat, həmin silaha məxsus sandıqça və 5,45 çaplı 10 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Atakişiyev barəsində həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!