Füzulidə 11-ci sinif şagirdi kanalda boğuldu

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə 11-ci sinif şagirdi kanalda boğuldu

Hadisə

05 İyul 2022 09:11 815


Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində Baş Mil kanalında tapılan naməlum kişi meyitinin kimə aid olduğu müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, bu, rayonun Böyük Bəhmənli kənd 1 nömrəli orta məktəbin 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğludur.

Qafqazinfo-nun məlumatına görə, Zaur iyunun 13-də, “Son zəng”dən bir gün öncə yoxa çıxıb. Ötən gün isə onun nəşini sözügedən kanalda suyun üzərində görüblər. Bundan sonra aidiyyəti üzrə məlumat verilib. Zaurun nəşi sudan çıxarılan zaman onun telefonu da üzərində olub.  Pepperoni pizza

Qeyd edək ki, Zaur Süleymanovun intihar etdiyi ehtimal olunur. Ancaq maraqlı məqam ondan ibarətdir ki, o, ali məktəbə qəbul olmaq üçün sənədlərini təqdim etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!