Füzulidə ağır yaralanan, döyüşə dönərək Şuşada şəhid olan xüsusi təyinatlımızın   SON SÖZLƏRİ - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə ağır yaralanan, döyüşə dönərək Şuşada şəhid olan xüsusi təyinatlımızın SON SÖZLƏRİ - VİDEO

Sosial

16 Noyabr 2020 22:18 3030


Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqların azad edilməsi uğrunda gedən əks-hücum əməliyyatlarında iştirak edən xüsusi təyinatlı Ağayev Ramiz İmanverdi oğlunun doğmalarına yazdığı son mesajlar yayılıb.

Yenisabah.az xəbər verir ki, şəhid hərbçimiz bacısı ilə yazışmasında müalicə aldığı hospitaldan cəbhəyə geri dönəcəyini və döyüş yoldaşlarının yanına qayıdacağını deyib.

Qeyd edək ki, qəhrəman döyüşçü Murov istiqamətində gedən döyüşlərdə iştirak edib. Füzuli istiqamətindəki döyüşlərdə 3 güllə yarası alıb. Hospitalda qısa müddət müalicə aldıqdan sonra Şuşa istiqamətində gedən döyüşlərə qatılıb və şəhər qalası uğrunda mübarizədə qəhrəmancasına şəhid olub. Toyuqlu pizza

Şəhidimiz general-mayor Polad Həşimovun dəfn olunduğu yerdə torpağa tapşırılıb.

/Publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!