Füzulidə mühəndisi “tok“ vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Füzulidə mühəndisi “tok“ vurub öldürdü

Hadisə

04 İyul 2022 09:20 806


İyulun 3-ü saat 11 radələrində Füzuli rayonu, Qazaxlar kəndi ərazisində 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Füzuli rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!