Gecə klubunda yanğın: 13 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Gecə klubunda yanğın: 13 nəfər öldü

Dünya

01 Oktyabr 2023 23:37 672


İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində yerləşən gecə klubunda yanğın baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti yazıb.

Məlumata görə, 13 nəfər tüstüdən boğularaq ölüb, daha 4 nəfər xəstəxanaya yerləşdirilib. 14 nəfər hələ də itkin düşmüş hesab edilir. Toyuqlu pizza

“Fonda Milagros” klubunda yerli vaxtla səhər saat 6:00 radələrində başlayan yanğın daha sonra iki qonşu kluba keçib. “Fonda Milagros”un binasının damının uçması yanğınsöndürmə və axtarış-xilasetmə işlərini çətinləşdirib.

Şəhərin meri Xose Ballesta həlak olanlar üçün üç günlük matəm elan edib./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!