Gecə saatlarında dəhşətli qəza, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Gecə saatlarında dəhşətli qəza, yaralılar var

Kriminal

24 Noyabr 2023 08:17 2324


İsmayıllı rayonunda ağır yol qəzası baş verib, altı Hindistan vətəndaşı xəsarət alıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisində qeydə alınıb. Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Nəticədə altı Hindistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Dördpendirli pizza

Onlardan ikisinin vəziyyəti ağırdır. Hazırda rayon polis əməkdaşları qəzanın baş verdiyi əraziyə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

İsmayıllıda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, yol qəzasında beş Hindistan vətəndaşı - Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju və bir Azərbaycan vətəndaşı Şirinov Rəsul Mübariz oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!