Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. pizza
Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır./Oxu.az
Telegram kanalımız