Gələn il Türkiyə ilə Yunanıstan arasında yeni körpü tikiləcək

saytların hazırlanması

Evə çatdırılma

Gələn il Türkiyə ilə Yunanıstan arasında yeni körpü tikiləcək

Dünya

30 Sentyabr 2023 17:21 710


2024-cü ilə Türkiyə ilə Yunanıstan arasında yeni körpünün tikintisinə başlanılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.

O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək: “Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq”. Marqarita pizza

K.Franqoyannis bildirib ki, iki ölkə arasında münasibətlər 29 müxtəlif sahədə inkişaf edir.

Nazir müavininin sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən turizmdə ikitərəfli əlaqələrin inkişafı üçün qarşılıqlı addımlar atılır: “İqlim böhranı və qanunsuz miqrasiya sahəsində də əməkdaşlığa ehtiyac var”.

XİN rəsmisi ikitərəfli əlaqələrin gələcəyi ilə bağlı optimist olduğunu bildirib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!