2025-ci ildə Yerdə 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Yenisabah.az xəbər verir ki, bu barədə BDU Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Gələn ilin birinci Günəş tutulması martın 29-da, ikinci sentyabrın 21-də, ilk Ay tutulması martın 14-də, ikincisi sentyabrın 7-də baş verəcək. Dominos pizza
Yalnız sonuncu halda, yəni tam Ay tutulmasını Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi müşahidə etmək mümkün olacaq.
Telegram kanalımız