Gələn ilin bayram günləri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Gələn ilin bayram günləri açıqlandı

Sosial

05 Dekabr 2020 11:51 1076


Nazirlər Kabineti 2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında qərar verib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 13, 14-ü Ramazan bayramı, iyulun 20, 21-i Qurban bayramı günləri müəyyən edilib. pizza sifarişi

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər iş günü hesab edilmir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!