“Gənc Fermer” layihəsinin iştirakçıları üçün ilk təlim təşkil edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Gənc Fermer” layihəsinin iştirakçıları üçün ilk təlim təşkil edildi - Fotolar

Sosial

24 Sentyabr 2020 18:43 1346


"Sosial layihələr” müsabiqəsi çərçivəsində "Regional İnkişaf” İctimai Birliyinin dəstəyi, "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi və Lənkəran Peşə Liseyinin birgə təşəbbüsü ilə həyata keçirilən “Gənc Fermer” layihəsinin iştirakçıları üçün Lənkəran rayonunda ilk təlim təşkil edilib.

Yenisabah.az xəbər verir ki, Fəqan Hüseynov tərəfindən keçirilən təlimdə iştirakçılara assosiasiyaların yaradılması, strukturu və idarə edilməsi, fəaliyyət planı və digər hüquqi sənədləri barədə ətraflı məlumat verilib, eyni zamanda "Gənc Çayçılar Assosiasiyası"nın yaradılması ilə bağlı təqdimat nümayiş olunub.

Layihənin məqsədi Lənkəran rayonunda ənənəvi sahələrdən olan çayçılığın inkişafı üçün ting yetişdirilməsinin təşviqi, bu sahədə çalışan mütəxəssislərin potensialının üzə çıxarılması, gəncləri lokal layihələrə cəlb etməklə, onların məşğulluğunun təmin edilməsidir. Dördpendirli pizza

Qeyd edək ki, təlim karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində təşkil edilib.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!