Gəncə prokurorluğu saxta məhsullar satan işbazlara cinayət işi açdı

saytların hazırlanması

Evə çatdırılma

Gəncə prokurorluğu saxta məhsullar satan işbazlara cinayət işi açdı

Kriminal

14 Fevral 2025 10:33 265


Gəncədə istehlakçıları aldatma faktına görə cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Gəncə şəhər prokurorluğunda aparılan araşdırma nəticəsində ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxs Arif Novruzovun tanışı Arzu Babayevlə birgə əldə etdiyi keyfiyyətli standartlarına uyğun olmayan alkoqollu içkilərin, kofe məhsulunun, habelə etiket məlumatlarını dəyişərək digər xarici ölkəyə məxsus istehsalçıya aid etiket məlumatlarını yapışdırdıqları kimyəvi yuyucu məhlulun qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə, bununla da istehlakçıları aldatmalarına əsaslı şübhələr müəyyən edilib. pizza hut

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün Gəncə şəhər Baş Polis İdarəsinə göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!