Gəncə sakini Göyçayla “Makarov“la tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncə sakini Göyçayla “Makarov“la tutuldu

Kriminal

22 Fevral 2023 09:30 817


Göyçayda üzərində tapança gəzdirən, narkotiklərin dövriyyəsi ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, istintaqa təqdim olunun şəxs Gəncə şəhər sakini Heydər Həsənovdur. Şəxsi axtarış zamanı ondan 31 qram heroin, külli miqdarda metamfetamin, eləcə də “Makarov” markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və sandıqça aşkar edilərək götürülüb. 

Göyçay şəhər sakini Elvin Ədilov da şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən heroin aşkarlanaraq maddi sübut kimi istintaqa təhvil verilib. pizza

Bundan başqa, fərdi yaşayış evindən oğurluq edən şəxs tutulub. Mənzillərin birindən 2 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Cinayəti törədən şəxsin rayon sakini Natiq Soltanov olduğu müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladığı qızılları borclu olduğu şəxsə verdiyini bildirib. 

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!