Gəncədə 2 minə “Kalaşnikov“ satan tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 2 minə “Kalaşnikov“ satan tutuldu

Kriminal

02 Fevral 2023 10:05 781


Şəmkirdə 2000 manata “Kalaşnikov” satan şəxs saxlanılıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb. Şübhəli şəxsin əlindəki torbadan 1 ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7.62 mm-lik patron aşkar edilib.

Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan “heroin” də müəyyən olunaraq götürülüb. pizza hut

Əməliyyat-axtarış tədbirlər nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə porfilaktiki söhbət apararaq barələrində qanunamüvafiq tədbir görən polis əməkdaşları zəruri kompleks əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!