Gəncədə 3 qumbara tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə 3 qumbara tapıldı

Kriminal

02 Yanvar 2024 11:56 1345


Gəncədə 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcı tapılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Natəvan qəsəbəsi ərazisində 3 ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, 2 ədəd “UZRQM” və 1 ədəd “MUV” alışdırıcısını taparaq aidiyyəti üzrə təhvil verib.

Bundan başqa, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ruslan Süleymanov saxlanılıb. Ondan içərisində 26 ədəd patron olan patron darağı götürülüb. Toyuqlu pizza

Davam etdirilən tədbirlərlə onun gizlətdiyi yerdən nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 26 ədəd patron və 1 patron darağı da aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!