Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində elektrik dirəyində cərəyan vurması nəticəsində ölən 1964-cü il təvəllüdlü Əsgərov Fərhad Teyyub oğlunun meyitinin götürülməsi üçün müraciət daxil olub.
FHN-dən Yenisabah.az-a bildirilib ki, müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Təhlükəsiz əməliyyat şəraiti təmin olunduqdan sonra xilasedicilər F.Əsgərovun meyitini elektrik dirəyindən aşağı düşürərək aidiyyəti üzrə təhvil veriblər. pizza hut
Telegram kanalımız