Gəncədə şəhərdaxili sərnişin avtobusu aşıb.
Yenisabah.az xəbər verir ki, hadisə şəhərin Alüminium Zavodu adlanan ərazisində qeydə alınıb.
23 nömrəli xətt üzrə hərəkət edən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb. Hadisə nəticəsində sürücü Canpolad Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Marqarita pizza
Qəza zamanı avtobusda sərnişinlər olsa da, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız