Gəncədə məktəblini qətlə yetirən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə məktəblini qətlə yetirən şəxs həbs edildi

Kriminal

25 Yanvar 2024 16:04 730


Gəncə şəhərində məktəblini qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhər Məhkəməsində Gəncə şəhər sakini, Rual Rəhimovu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov barəsində Gəncə şəhər Prokurorluğunun təqdimatına baxılıb.

Prosesdə təqdimat təmin edilərək F.Şabanovun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. pizza mizza

Qeyd edək ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi olan R.Rəhimov bıçaqla xəsarət yetirilərək öldürülüb. Onu qətlə yetirməkdə şübhəli bilinən Fərid Şabanov aparılan əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!