Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutuldu

Kriminal

26 Yanvar 2024 00:25 986


Gəncədə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğunun məlumatında deyilir.

Yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Dominos pizza

Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!