Gəncədə quldurluq edənlər Bakıda tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə quldurluq edənlər Bakıda tutuldu

Kriminal

10 Mart 2023 16:13 741


Gəncədə quldurluq törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, fərdi yaşayış evinə 2 nəfər maskalı şəxs daxil olaraq ev sahibini zor tətbiq edib və onu hədələyib. BUndan sonra onlar 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu oğurlayıb.

Cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olması məlum olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinənlər Bakı şəhərində saxlanılıb.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!