Gəncədə şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə şortikə görə yaranan mübahisə bıçaqlanma ilə bitdi

Kriminal

19 Yanvar 2025 19:16 342


Samux rayon sakini, 54 yaşlı İlimşah Şahvələdov Gəncə şəhərində bir neçə nəfər tərəfindən bıçaqlanıb.

Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şortik üstündə yaranan mübahisə sonda bıçaqlanma ilə bitib.

Belə ki, İ.Şahvələdov Adilxan Ziyadxanov küçəsi ilə Atatürk prospektinin kəsişməsində yerləşən yataqxanada kirayədə yaşayırmış. pizza mizza

İlkin məlumata görə, o, həyətə şortiklə düşüb. Bu zaman bir qrup şəxs buna etiraz edib. Nəticədə, tərəflər arasında mübahisə yaranıb. Mübahisə qızışaraq əlbəyaxa və bıçaqlı davaya çevrilib.

İ.Şahvələdov çiyin nahiyəsindən iki bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və əməliyyat olunub.

Hadisəni törətməkdə 43 yaşlı Emin Dünyamalıyev şübhəli bilinir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!