Gəncədə tədris mərkəzində yanğın

Gəncədə tədris mərkəzində yanğın

Hadisə

24 Yanvar 2023 15:19 510


Gəncə şəhərində tədris mərkəzində yanğın olub. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, şəhər ərazisində ümumi sahəsi 1140 m² (hər mərtəbəsi 380 m²) olan üçmərtəbəli tədris mərkəzinin 2-ci mərtəbəsində bir otağın tavanı 3 m² sahədə yanıb. Tədris mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!