Gəncədə yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 bina sakini təxliyə olunub

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 bina sakini təxliyə olunub

Hadisə

31 Avqust 2022 19:15 908


Gəncədə dördmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb, 20 nəfər bina sakini təxliyə olunub.

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib.

Onun sözlərinə görə, yanğın barədə çağırış olduqdan altı dəqiqə sonra yanğınsöndürmə qüvvələri hadisə yerinə çatıblar: “Bu gün 16:48 radələrində Həsrət Əliyev küçəsi, bina 4 ünvanında yanğın olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə avtomobilləri çıxdı, 16:54-də yanğın yerində oldular. Ünvana çatan kimi dördmərtəbəli binanın bütün artırmalarının alov içərisində olduğunu müşahidə etdik. Hadisə yerinə 9 ədəd yanğınsöndürmə avtomobili, xüsusi riskli xilasetmə qrupları cəlb olundu. Bina sakinlərindən 20 nəfər təxliyə olunaraq yanğınsöndürmə işləri başladı. Hadisə nəticəsində üç nəfər yüngül dərəcəli xəsarət alıb”. pizza mizza

Fuad Hüseynov, yanğının saat 18:00 radələrində tam söndürüldüyünü qeyd edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!