Gəncədə yaşayış binasında yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə yaşayış binasında yanğın oldu

Hadisə

01 Yanvar 2023 22:16 641


Gəncə şəhərində 4 mərtəbəli binada yanğın olub, yaxınlıqdakı mənzillərdə yaşayanlar təxliyə olunub.

Yenisabah.az-ın məlumatına görə, şəhər ərazisində 4 mərtəbəli binanın 4-cü mərtəbəsində, 1978-ci il təvəllüdlü Rizvan Əliyevə məxsus mənzilin mətbəxində yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvələri cəlb olunub. pizza

Yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.

Təhlükəsizlik nəzərə alınaraq yanğının olduğu mənzilə yaxın yaşayan sakinlər təxliyə olunub.

Hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!