Gənclər şəhidlərimizi ziyarət ediblər

saytların hazırlanması

Evə çatdırılma

Gənclər şəhidlərimizi ziyarət ediblər

Sosial

02 Yanvar 2021 10:43 704


Yanvarın 1-də Nərimanov rayonunun fəal gəncləri və könüllüləri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində həlak olmuş şəhidlərimizi ziyarət edib, ilin ilk günündə şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.

Yenisabah.az xəbər verir ki, gənclər Şəhidlər Xiyabanında, İkinci Fəxri Xiyabanda, Suraxanı rayonu Dədə Qorqud və Sabunçu rayonu Zabrat qəbiristanlıqlarında dəfn olunmuş Nərimanov rayonundan olan və digər şəhidlərin qəbirlərini ziyarət edərək məzarları üzərinə gül və əklil qoyublar.

Xatırladaq ki, 30 ilə yaxın bir müddətdə işğal altında olan vətən torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə qüdrətli ordumuzun zəfər yürüşü nəticəsində işğaldan azad olunub. Albertlərin, Allahverdilərin, Əliflərin, Salatınların davamçıları olan qəhrəmanlarımız tarixi haqq-ədaləti bərqərar ediblər. Onlar daim xalqımızın qəlbində yaşayacaqlar! Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!