General Konaşenkov: “Ukraynanın 29 hərbi obyekti məhv edilib“

saytların hazırlanması

Evə çatdırılma

General Konaşenkov: “Ukraynanın 29 hərbi obyekti məhv edilib“

Dünya

07 Aprel 2022 12:15 417


Rusiya Ukraynanın müharibədəki itkilərini açıqlayıb.

Yenisabah.az-ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib ki, ötən gecə Ukraynanın 29 hərbi obyekti məhv edilib.

"Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukraynanın 29 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, Kuraxovo vilayətində hədəflərin işıqlandırılması və S-300 zenit-raket kompleksinin yönləndirilməsi üçün radar, yeddi artilleriya batareyası, raket və artilleriya silahları və sursatları anbarı, həmçinin 10 dayaq məntəqəsi və Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının cəmləşdiyi ərazilər var”,- general vurğulayıb. pizza sifarişi

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!