General sərxoş vəziyyətdə saxlanıldı - Foto

saytların hazırlanması

Evə çatdırılma

General sərxoş vəziyyətdə saxlanıldı - Foto

Kriminal

05 Fevral 2024 23:26 10143


Kalininqradda Rusiyanın Federal Gömrük Xidmətinin (FGX) maddi-texniki təminat şöbəsinin rəisi, general-leytenant Oleq Zavqorodnıy sərxoş vəziyyətdə ictimai asayişi pozduğuna görə saxlanılıb.

Yenisabah.az "Unikal"a istinadən xəbər verir ki, o, şəhərdə ezamiyyətdə olub.

"Zavqorodnı, müavini Andrey Strukov ilə birlikdə beşulduzlu oteldə qalıb, oradakı ən bahalı otağın qiyməti 235 min rubldan başlayır. Əvvəlcə generallar işgüzar səfərlərinin başlanğıcını otel restoranında bir qadının yanında qeyd ediblər, sonra onunla öz otaqlarına çıxıblar"  Dominos pizza

Bir müddət sonra qadın otaqdan qaçıb. Kişilər otelə gələnlərə və təhlükəsizlik işçilərinə sataşaraq onu tapmağa çalışıblar. Onlar daha sonra polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Zavqorodnı çox sərxoş olub və yerdə uzanaraq söyüş söyüb və Milli Qvardiyanı təpiklə hədələyib. Bir müddət sonra gömrük əməkdaşı buraxılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!