Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi

saytların hazırlanması

Evə çatdırılma

Generalın bacısı oğlu çimərlik fotoları ilə şantaj edildi

Kriminal

09 Aprel 2025 15:04 13541


Həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun bacısı oğlu şantaj edilib.

Musavat.com-un əldə etdiyi məlumata görə generalın Faiq adlı bacısı oğlu hazırda N saylı hərbi hissələrdən birində Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edir.

Onu şantaj edən isə tanışı İsmayıl adlı şəxs olub. Belə ki, İsmayıl adlı şəxs generalın bacısı oğlundan dövlət qurumlarına şikayət edib. İsmayıl şikayətində göstərib ki, həbsdə olan generalın yeyinti və mənimsəmə işlərində bacısı oğlu Faiqin də əli olub. pizza hut

Faiq bu şikayətlərin qarşısını almaq üçün bir neçə dəfə İsmayılla əlaqəyə keçib. Onların ortaq tanışı vasitəsi ilə razılığa gəliblər.

Məlumata görə İsmayıl şikayətləri dayandırmaq üçün Faiqdən 10 min manat istəyib. Sonra 6 min manata razılaşıblar. İsmayıl 3 min manatı alandan sonra həbs edilib.

Generalın bacısı oğlu yarıçılpaq fotoları ilə də şantaj edilib. Faiqin çimərlik geyimində olan fotoları İsmayılın mobil telefonunda aşkar edilib.

Xatırladaq ki, general Nizami Məmmədov külli miqdarda mənimsəmədə ittiham edilərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!