Generalın məhkəməsində zərərçəkmiş özünü yandırmaq istədi

saytların hazırlanması

Evə çatdırılma

Generalın məhkəməsində zərərçəkmiş özünü yandırmaq istədi

Hadisə

21 İyun 2022 14:51 960


Həbsdə olan MTN generalı Mövlam Şıxəliyevin məhkəməsində intihara cəhd baş verib.

Yenisabah.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasın gedişi zamanı zərərçəkən Əfsəl Həsənəliyev məhkəmə zalında özünü yandırmağa cəhd edib.

Dərhal məhkəmə iclas zalının nəzarətçisi və polis əməkdaşları hadisəyə müdaxilə ediblər. Hadisənin qarşısı alınıb və Ə.Həsənəliyev zaldan çıxarılıb. Marqarita pizza

Onun məhkəmədə vəsatətlərinin təmin olunmamasına etiraz olaraq intihara cəhd etdiyi bildirilir.

Qeyd edək ki, Ə.Həsənəliyev Mövlam Şıxəliyevin göstərişi ilə girov götürüldüyünü, 5 ay qanunsuz həbsdə saxlanıldığını bildirir. Onun sözlərinə görə, ailəsindən 50 min dollar alıblar. Zərərçəkən məhkəmə prosesinə sabiq Baş prokuror Zakir Qaralov və onun 1-ci müavini olmuş Rüstəm Usubovun çağırılaraq dindirilməsini istəyir. O, sözügedən cinayət işi üzrə 32 zərərçəkəndən biridir.(Kriminalqafqaz)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!