Livanın “Al Mayadeen” telekanalı Suriyada ABŞ-ın iki hərbi bazasına hücum edildiyini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Reuters bildirib.
Suriyada İraq və İordaniya ilə sərhəddə yerləşən Əl-Tanf hərbi bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Bundan əlavə, KİV-in məlumatına görə, Deyr əz-Zor əyalətində yerləşən Konoko hərbi bazası da raket atəşinə tutulub. pizza
İtkilər barədə məlumat yoxdur. Hücumların kim tərəfindən həyata keçirildiyi məlum deyil.
Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Telegram kanalımız