Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

Şou

19 Aprel 2023 14:54 7403


"Miss Xorvatiya 2016" titulunun qalibi İvana Knoll Bakıya gəlməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, bu haqda model özü məlumat yayıb. O bildirib ki, 28-30 aprel tarixlərində Bakıda keçiriləcək "Formula" 1 Azərbaycan Qran Prisi üçün Azərbaycana gəlir. 

O bildirib ki, "Formula 1"in pərəstişkarıdır və onu canlı izləmək üçün həyəcanlanır. Xorvatiyalı modelin instaqramda 3,4 milyondan çox abunəçisi var. Dominos pizza

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!