Giləzidə 58 yaşlı kişi döyülərək öldürüldü - Oğlu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Giləzidə 58 yaşlı kişi döyülərək öldürüldü - Oğlu tutuldu

Kriminal

27 Mart 2023 12:29 788


Xızıda 58 yaşlı kişi öldürülüb, oğlu şübhəli şəxs qismində saxlanılıb.

Yenisabaha.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, martın 23-də saat 6 radələrində 58 yaşlı Hacımirzə Aftilovun yaşadığı Giləzi qəsəbəsindəki evdə kəllə-beyin xəsarətindən ölməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dördpendirli pizza

Araşdırmalarla oğlu Sənanın münaqişə zəminində atasını taxta parçası ilə vurmasına əsaslı şübhələr müəyyən olunub.

S.Aftilov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!