Gömrük generalı ev dustaqlığına buraxıldı

saytların hazırlanması

Evə çatdırılma

Gömrük generalı ev dustaqlığına buraxıldı

Kriminal

18 Mart 2023 12:34 1247


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı saxlanılan gömrük generalı Ehtiram Xəlilov dünən axşam azadlığa buraxılıb. 

Yenisabah.az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə Ehtiram Xəlilov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə istintaq orqanının təqdimatına baxıb.

Qərara əsasən, general ev dustaqlığına buraxılıb. Marqarita pizza

Qeyd edək ki, ötən ilin iyin ayında "Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb. O, külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!