Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda sərxoş kişi baba və nəvəyə xəsarət yetirdi

Hadisə

22 Dekabr 2022 09:51 722


Goranboyda yaşlı kişi və nəvəsinə həmyerliləri tərəfindən xəsarət yetirilib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1999-cu il təvəllüdlü M.Mahmudov və onun babası 1943-cü il təvəllüdlü V.Nəbiyev mübahisə zəminində müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. pizza

Hadisənin onların həmkəndlisi olan şəxs tərəfindən mübahisə zəminində törədildyi bildirilir.

Belə ki, sərxoş halda olan şəxs öncə M.Mahmudovla dalaşıb, daha sonra onları aralamağa çalışan V. Nəbiyevə əl zərbələri ilə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!