Goranboyda silahlı basqın: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Goranboyda silahlı basqın: Xəsarət alanlar var

Kriminal

07 Aprel 2023 10:17 827


Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, polisə 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub. Hadisə yerinə gələn DİN əməkdaşları silahlı şəxsi tərk-silah edib.

İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib. Toyuqlu pizza

Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil, əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib. Onların vəziyyəti normaldır.

Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!