Xırdalanda narkotiklərin satışı ilə məşğul olan Göyçay rayon sakinindən 13 kiloqramdan artıq marixuana və tiryək müsadirə olunub.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, saxlanılan rayon sakini, 1976-cı il təvəllüdlü Rövşən İbrahimovdur. Narkotik onun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı aşkarlanıb.
Faktla bağlı Abşeron RPİ-də araşdırmalar davam etdirilir. Pepperoni pizza
Telegram kanalımız