Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən sürücülər - Foto

Hadisə

22 Yanvar 2023 15:41 854


Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinini əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, “Saipa” markalı avtomobilin sürücüsü Soltanəli Məcidov və VAZ-2107-nin sürücüsü Rəvan Qədirov törətdikləri qayda pozuntularına görə yol polisi əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar.

Sürücülərin narkotik vasitənin təsiri altında olmalarına dair  şübhələr olduğundan onların tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin də nəticəsinə əsasın həmin şəxslərin marixuanadan istifaddə etdikləri sübuta yetirilib.  pizza mizza

Sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) maddəsi ilə protokol tərtib olunaraq barələrində qanunamüvafiq tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!