Göyçayda narkotraffikin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda narkotraffikin qarşısı alındı

Kriminal

21 Yanvar 2023 09:49 778


Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən 6 nəfər tutularaq istintaqa cəlb edilib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

Saxlanılanlar Goranboy rayon sakinləri - əvvəllər də törətdiyi cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Natiq Şahmuradov və qonşusu Ramin Qasımovdur. Dördpendirli pizza

Araşdırma zamanı Natiq Şahmuradovun da xarici ölkə vətəndaşına narkokuryerlik etdiyi məlum olub. O, pul qarşılığında qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən narkotik vasitələri ölkənin şəhər və rayonlarına paylanılmasını təşkil edib. Sonuncu dəfə isə Ramin Qasımova məxsus avtomobillə Goranboydan Göyçaya gələn dostlar burada onlara deyilən ərazidən narkotik vasitə və psixotrop maddələri götürərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.

Narkotik vasitələrin satışında şübhəli bilinən daha 4 nəfər, əvvəllər də eyni əmələ, eləcə də digər cinayətlərə görə məhkum olunmuş rayon sakinləri Elvin Quliyev, Rövşən Abdullayev, Adil Qasımov və Kənan Nəbiyev saxlanılıb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!