Göyçayda yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda yanğın baş verdi

Hadisə

09 Sentyabr 2022 23:13 1061


Göyçayda yanğın hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, rayonunun Bəydövül kəndində ümumi sahəsi 160 kvadratmetr olan talvarın taxta atmaları 30 kvadratmetr sahədə, altında tikilən ümumi sahəsi 35 kvadratmetr olan mətbəxin lambirdən ibarət tavanı və 3 ton ot bağlaması yanıb. pizza hut

Qeyd edilib ki, talvarın, mətbəxin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!